1 il əvvəl Türkiyədə hərbi yolla dövlət çevrilişi törətməyə cəhd edən FETÖ təşkilatına məxsus nəhəng sərvət dövlət büdcəsinin nəzarətinə keçib. Mynews.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Türkiyənin Milli Təhlükəsizlik Şurasına daxil olan “FETÖ ilə mübarizə hesabatı”nın maliyyə bölümündə qeyd edilir ki, təşkilatın bütün pul toplama kanalları bağlanıb. Eyni zamanda təşkilatın nəzarətində olan 7,5 milyard lirəlik daşınar əmlak, 41 milyard lirəlik şirkət əmlakları dövlətin nəzarətinə keçib. Qeyd edilib ki, bu pul ilə 10 ədəd Avrasiya tuneli də tikmək mümkündür.
Hazırkı valyuta dəyərlərini nəzərə aldıqda təşkilatın nəzarətindən çıxarılan 48,5 milyard lirəlik, yəni 13 milyard 750 milyon dollarlıq sərvətlə aşağıdakı işləri görmək olar:
10 ədəd Avrasiya tuneli tikmək
4 ədəd Sultan Səlim körpüsü tikmək
10 ədəd Körfəz körpüsü tikmək
6 ədəd Marmaray layihəsi həyata keçirmək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub