Hindistan məhkəməsi dayısının cinsi təcavüzü nəticəsində hamilə qalan 10 yaşlı qızın abort etdirməsinə icazə verməyib.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, həkimlər azyaşlının həyatının təhlükə altında olduğu üçün abort edilməsinə qarşı çıxıb.
Dayısı tərəfindən cinsi təcavüzə uğrayan azyaşlı 26 həftəlik hamilədir.
Hindistan qanunlarına görə, hamiləliyin 20-ci həftəsindən sonra abort etmək qadağandır. Lakin ciftin genetik xəstəliyi olduğu durumunda istisna olaraq abort edilə bilər.
Azyaşlı qızların hamilə qalma faktı nadir hal olduğu üçün həkimlər də təəccüb içində qalıb.
Uşağı müayinə edən həkimlər onun çanaq sümüklərinin tam olaraq inkişaf etmədiyi üçün hamiləliyin riskli olduğunu bildiriblər. 10 yaşında təbii doğuşun imkansız olduğunu deyən ginekoloqlar əməliyyatla süni doğuş ediləcəyi təqdirdə ananın həyatını itirəcəyi ehtimalını da gizlətməyiblər.
Azyaşlıya 8 dəfə təcavüz edən dayı isə həbs edilib. Cinayətkarın məhkəmə prosesi başa çatmayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub