3 yaşlı qızın rentgen müayinəsi zamanı çəkilən şəkli həkimləri dəhşətə gətirib.
Milli.Az "Mirror"a istinadla bildirir ki, renten kağızında qızın bədəninə batırılan 7 ədəd iynənin olması əks olunub. İynələrin birinin uzunluğu təxminən 4 santimetrdir.
Adı açıqlanmayan uşaq Hindistanın Vest Benqal vilayətinin Bankura mahalında doğulub.
Qız ötən gün əməliyyat edilib. Həkimlər onu travmadan çıxarmağa çalışırlar.
Həkimlərin qızın anasının dediklərinə əsasən söylədiklərinə görə, iynələr 15-20 gündən artıqdır ki qızın bədənindədir.
Qadın bildirib ki, uşağı bu hala onun evində işlədiyi yaşlı kişi salıb. Onun 50 yaşının olduğu və cadugərliklə məşğul olduğu deyilir.
Polis məsələ ilə bağlı araşdırmalara başlayıb.



1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub