Konyada tikintidə gözətçi işləyən, evli və bir uşaq atası M.A. qaz borularının təmirçisi olduğunu söyləyib girdiyi evdə 17 yaşlı S.Y.-ya təcavüz edib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, şübhəli şəxs qızın qonşusu çıxıb.
Tikintidə gözətçilik edən 23 yaşlı M.A. qapı qonşusu olan və o an evdə tək olan S.Y.-nin qaldığı mənzilə gedib. M.A. qapını açan qıza hamam otağının qaz borusuna baxacağını və bütün binaya nəzarət etdiyini söyləyib. Qızın valideynlərinin evdə olmadığını, bu səbəblə onu evə buraxa bilməyəcəyini söyləməsinə baxmayaraq zorla içəri girən M.A. ona təcavüz edib. M.A. qızın qışqırmasından sonra evdən qaçıb.

Ş.Y. evə qayıdan ailəsinə hadisəni danışıb. Ailə polis bölməsinə gedərək şikayət edib. Polis M.A.-nı nəzarətə götürüb.
Yoldaşının ikinci uşaqlarına hamilə olduğu deyən M.A.-nın polisə verdiyi ilk ifadəsində qızın qaldığı evə təbii qaz borularına nəzarət etmək məqsədilə getdiyini, ona təcavüz etmədiyini bildirdiyi deyilir. M.A.sərbəst buraxılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub