Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi qadından ərinə qarşı QANDONDURAN ƏMƏL

970
Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi qadından ərinə qarşı QANDONDURAN ƏMƏL

Ənənəvi olaraq, qadın cəmiyyətdə nəvazişlə, məhəbbətlə, xeyirxahlıqla və digər məziyyətlərlə assosiasiya olunur. Amma tarixdə xeyli hal var ki, qadınlar özlərini əsl bədxahlar kimi göstəriblər, öz ərlərini ya qətlə yetiriblər, ya da onlara qarşı xüsusi amansızlıqla yadda qalıblar.

Mynews.az Publika.az-a istinadən bildirir ki, bu mənfur qadınların bir neçəsini aşağıdakı xülasədə təqdim edir:

1. Öz ərini öldürərək ondan yemək bişirən avstraliyalı

Кэтрин Найт.

Ketrin Nayt ilk avstraliya xanımdır ki, vaxtından əvvəl azad edilmə hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib. Əvvəlki nikahlarda da o, ərlərinin üstünə hücum çəkmişdi, amma 2000-ci ildə qeyri-adi, tükürpədən hadisə baş verdi. O, ərinə 37 bıçaq zərbəsi vurandan sonra, dərisini soyur, cəsədi qarmağa taxaraq qonaq otağından asır. Daha sonra isə o, ərinin ətindən yemək hazırlamağa başlayır. Xoşbəxtlikdən polis, dəhşətli nahar hazır olmamış hadisədən xəbər tutur...

2. Ərini qətlə yetirən, sonra isə bu əməldə doğma qızını ittiham edən qadın

Стейси Кастор.

2005-ci ildə 41 yaşlı Steysi Kastor öz ikinci əri Devid Kastoru antifriz tökərək qətl edir, sonra isə hadisəni intihar kimi səhnələşdirir. Müstəntiqlər Devidin qanında etilenqlikol aşkar ediblər və xoşagəlməz tapıntıdan şübhələniblər. Steysinin 2000-ci ildə “ürək tutmasından” vəfat edən birinci ərinin də məzarını açmağa qərar verən müstəntiqlər dəhşətə gəlib: Kimyəvi təhlil zamanı qadının birinci əri Maykl Uollesin də qanında etilenqlikol aşkarlanıb...

Steysi Kastor bu işi qızı Eşlinin üzərinə atmaq istəyib. Həmin zaman reanimasiyada olan Eşlinin onsuz da öləcəyini düşünərək, atasını öldürdüyü yazılan saxta məktub hazırlayır. Amma hər şey çox bəsit idi. Eşli sağ qalır və anasına qarşı məhkəmədə ifadə verir.

3. Məşuqunun köməyi ilə öz ərini öldürmək istəyən imperator xanımı

Валерия Мессалина.

Valeriya Messalina imperator Klavdiyin üçüncü arvadı idi. Romanın məşhur kurtizankası eramızın 38-ci ilində Klavdiyə ərə gedir və 2 övladı dünyaya gəlir. Tarixi qeydlərə görə, uşaqlar Kaliquladan idi, çünki, Messalina Kaliqulanın çoxsaylı orgiyalarının tez-tez iştirakçısı idi. Kaliqula öldürüləndən sonra Messalina kurtizanka paltarını geyinərək öz bədənilə alver etməyə başlayır. Eramızın 48-ci ilində Messalina öz sevgililərindən biri Siliusla razılaşaraq Klavdiyi öldürmək qərarına gəlir. Ona söz verir ki, onun qanuni həyat yoldaşı olacaq. Nəticədə mənfur sui-qəsdçilər edam olunur.

4. Ərinin cinsiyyət orqanını kəsən qadın

Екатерина Харитонова.

36 yaşlı Yekaterina Xaritonova həyat yoldaşı 40 yaşlı Mixail və onun 33 yaşlı rəfiqəsi Liza Dmitriyevaya çoxsaylı bədən xəsarətləri yetirdiyinə görə, 2 il müddətinə azadlıqdan məhrum edilib. Faciəyə səbəb Yekaterina evə qayıdanda ərini rəfiqəsi ilə tutması olub. O, ərini ölümcül hala salandan sonra, qəzəbi soyumur və onun cinsiyyət orqanını qoparır. Sevgililəri xəstəxanaya, qısqanc Yekaterinanı isə dəmir barmaqlıqlar içinə göndərirlər.

5. Öz böyrəyini xanımına bağışladı, əvəzində xəyanətlə qarşılaşdı

Даниэлла Батиста.

2001-ci ildə doktor Riçard Batista iki uğursuz əməliyyat cəhdindən sonra öz böyrəyini transplantasiya üçün arvadı Daniellaya təklif edir. Uğurlu əməliyyatdan sonra arvadı ərinə çox qəribə üsulla minnətdarlıq edir. O, öz fizioterapevti ilə gecələyir. Sonra boşanma ərizəsi verərək, uşaqları ilə görüşməkdən də ərini məhrum edir. Əcaib zərbə alan Riçard mənfur arvadına qarşı 1.5 milyon məbləğində əks-iddia qaldırıb.

6. Sevgi oyunları zamanı təsadüfən ərini asan qadın

Кристалл Бордер.

46 yaşlı Toni və 31 yaşlı Kristal Border 10 il nikahları müddətində yataqda bandaj və bir sıra digər intim eksperimentləri həyata keçirirlər. Cütlük böyüklər üçün video çəkirdi, ona görə də, anbarda baş verən təsadüfi hadisə heç kəsdə şübhə doğurmadı. Əvvəlcə Toni kəndiri öz boynuna dolayır, sonra Kristal Border onu qaldırmağa başlayır. Toni demək olar ki, dərhal huşunu itirib. Bundan sonra Kristal polis çağırıb və bildirib ki, məhəbbət oyunu zamanı təsadüfən ərini asıb.

7. 76 yaşlı qadın 4 ərinin qətlində şübhəli bilinir

Бетти Ньюман.

76 yaşlı Betti Nyuman hazırda Şimali Karolinada türmədədir. O, qatil kirayələyərək dördüncü əri Herold Centrini qətlə yetirməkdə ittiham olunur. Onun ilk uşağı və əvvəlki ərlərinin ölüm araşdırmalarından sonra məlum olub ki, onların hər biri sığortalanıb, bundan sonra öldürülüb. Bütün həlak olanların qohumları Nyumanı "hakimiyyət həvəskarı, pulgir, acgöz qadın" kimi təsvir ediblər.

8. Sevimli timsahını ərindən üstün tutan qadın

Вики Лоуинг.

Avstraliyalı Viki Louinq öz ev timsahından imtina etməsini tələb etdiyi üçün ərindən boşanır. 52 yaşlı Louinq 13 il saxladığı, 1.5 metrlik timsahın evdə sərbəst hərəkət etməsinə imkan verir, oğlu Endrünün yatağında yatmağa şərait yaradırdı. Viktoriya timsahı 1996-ci ildə evinin kandarında atılmış vəziyyətdə tapmışdı. Viktoriya boşanmanı bir kəlmə ilə izah edib: “Ərim öz qeydinə qala bilər, amma mənim timsahım özü özünə yemək bişirə bilməz".

9. Ər üz örtüyünü qırağa çəkdi, ərəb qadın ərini boşadı

Просто саудовская женщина.

Kişi Səudiyyə Ərəbistanında öz arvadı ilə 30 il yaşayıb, bir dəfə də olsun onun üzünü görməmişdi. 50 yaşlı qadın öz doğma kəndinin ənənələrinə sadiq qalacağını bildirmişdi və pərəncəylə öz sifətini həmişə gizlədirdi. Bir dəfə gecə ərinə maraq güc gəlir və o, sevimlisinin üzünə nəzər salmaq üçün üz örtüyünü qaldırmaq qərarına gəlir. Bu səhv idi, çünki oyanmış arvad, qəzəb içində dərhal boşanma tələb edir.

Xəbər lenti