Cinlər qızı zorlamaq istədi Qorxunc hadisədən görüntülər - VİDEO

980
Cinlər qızı zorlamaq istədi Qorxunc hadisədən görüntülər - VİDEO

Adətən “eksorsizm”, yəni əfsunlama orta əsrlərin cahil adəti sayılır. Buna baxmayaraq bugün də müqəddəs məbədlərdə insan bədənindən cin qovmaq ayini həyata keçirilir.

Mynews.az Publika.az-a istinadən bildirir ki, 1976-cı ildə bədəninə cin girdiyi zənn edilən Annelis 7 ay ərzində 65 dəfə əfsunlama ayininə məruz qalmışdı.

Anneliz Mixel 1952-ci ildə Almaniyanın Bavariya şəhərində inanclı katolik ailəsində doğulmuşdu. Həyatının ilk dövründə öz yaşıdlarından seçilməyən bu qızcığaz, məktəbə gedir, dostları ilə oynayır və təbii ki, hər həftə kilsəni ziyarət edirdi.

1968-ci ildə çox qəribə hal baş verir. Anneliz öz dilini dişləyib, yerə yıxılır. Get-gedə bu halların sayı artmağa başlayır. O, tez-tez şüurunu və nitqini itirməyə başlayır.

Valideynləri Annelizi psixiatr yanına aparırlar. Çoxsaylı müayinələr qızın xəstəliyini tam müəyyən edə bilmir. Beyində heç bir dəyişiklik baş verməmişdi. Sağlamlığında problem yox idi. Dərdinə dərman tapılmayan Anneliz uzun müddət xəstəxanada yataq şəraitində müalicə olunur. Tutmalar zamanı Anneliz üzünü müxtəlif qorxulu şəkillərə salır, qışqırır, özündən çıxırdı. Sakitləşən kimi isə, həkimlərə yalvarıb, kömək istəyirdi.

Onu müalicə edən mütəxəssislər Annelizin durumunu epilepsiya xəstəliyilə bağlayırdılar. Lakin 4 il ərzində epilepsiyaya qarşı aparılan müalicə kursları onun vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırırdı.

Tibb artıq Annelizin düçar olduğu bəla qarşısında aciz idi. Odur ki, inanclı katolik valideynləri onu kilsəyə aparmağa qərar verdilər. 1975-ci ildə iki rahib Anneliz üzərində 1614-cü ildə Roma kilsəsindən tapılmış qeydlər əsasında cinçıxartma ayininin həyata keçirdilər.

Əfsunlama prosesində Anneliz o qədər bərkdən qışqırıb, müqavimət göstərirdi ki, 3 nəfər cüssəli kişi onu güclə tutub, saxlayırdı. Qız etiraf edirdi ki, bu anda 6 şeytan ona yaxınlaşıb, zorlamaq istəyir, od yağan əlləri ilə ona toxunurdular. Alışıb yanan zavallı qız isə, şeytanlardan can qurtara bilmirdi.

1976-cı il ərzində Anneliz 65 dəfə cinqovma ayininə məruz qaldı. Bu ayinlərin 42-si videokameranın yaddaşına həkk edildi. Qız yeməkdən tam boyun qaçırmışdı. O deyirdi ki, şeytan ona ac qalmağı əmr edir. Şeytanın əsirinə çevrilən Anneliz soyuq düşəmədə yatır, gün-gündən zəifləyirdi. 1976-cı ildə Annelizin ciyərləri soyuqlayır. Zavallı qız xəstə yatağına düşür. Elə həmin il çəkisi 31 kq olan 24 yaşlı Mixel ürəkgetmədən dünyasını dəyişir.

Annelis Mixelin ölümündən sonra, Almaniya məhkəməsi kilsənin rahiblərini və qızın valideynlərini məsuliyyətə cəlb edir. Əsas səbəb isə, qıza qoyulan “psixiotik epilepsiya” diaqnozuna rəğmən qanunsuz əfsunlanma ayininə məruz qalması idi. Annelizin ölümündə təqsirli bilinən bu şəxslərin hər biri 6 ay müddətinə azadlıqdan məhrum olunurlar.

2005-ci ildə Anneliz Mixelin həyatından bəhs edən “Emili Rouzun 6 şeytanı” filmi çəkildi. Bundan bir qədər sonra isə, Anneliz haqda kitab yazıldı.

Bəs, əslində nə baş vermişdi. Həqiqətənmi zavallı gənc qızın bədəninə şeytan girmişdi, yoxsa bu adi psixoloji pozğunluq idi? Bu sual 40 ildən çoxdur ki, cavabsız qalıb.

Xəbər lenti