Səudiyyə Ərəbistanında şahzadə Səud bin Əbdüləziz bin Müsaid bin Səud bin Əbdüləziz əl Səud həbs olunub.
Rəsmi açıqlamaya görə o, "əxlaqsızlığa, tərbiyəsizliyə, qəddarlığa və insan mənəviyyatı ilə bir araya sığmayayan davranış"da suçlanaraq tutulub.
Mynews.az bildirir ki, şahzadənin həbsinə Səudiyyə Ərəbistanını kralı Salman ibn Əbdül Əziz ibn Əbdürrəhman əl Səud qərar verib.
Şahzadənin həbsinə səbəb onun qəddarlığı və əxlaqsızlığına dəlalət edən videoların sosial şəbəkələrdə yayılmasıdır.
Videolar çoxdur.
Bu videolarından birində şahzadə sürücülərindən birini söyür, sonra təpiklə başına vurub yerə yıxır. Üst-başı, sifəti qan içində olan sürücü yalvarsa da, şahzadə onu söyməyə və vurmağa davam edir.
Digər videoda şahzadə xidmətçilərindən birini "Kalaşnikov" avtomatı ilə hədələyir, sonra atəş açır. Atəş nəticəsində xidmətçi sağ qulağından məhrum olur.
Başqa videoda şahzadə bağbanı döyür, söyür, yumruqlayır və təpikləyir.Digər videoda şahzadə qulluqçu qadını küçə söyüşləri ilə söyür, təhqir edir.
Səudi kralı videoları görən kimi şahzadənin həbs olunmasını tələb edib.
Rəsmi açıqlamalara görə, tərbiyəsiz, harınlamış şahzadə Şəriət məhkəməsində mühakimə olunacaq və ən ağır cəza alacaq.
Milli.Az
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub