Qadının böyrəyini oğurladılar ŞOK HADİSƏ

628

Zonquldağda təmizlik işçisi R.Y. maddi sıxıntı səbəbindən internetdə “Böyrəyimi satıram” yazılı elan yerləşdirib. Ülkü və Cəmil Ş. cütlüyü təmizlik işçisi ilə əlaqəyə girərək böyrəyini 30 min TL qarşılığında alacaqlarını bildiriblər. Anlaşmadan sonra R.Y. Zonquldağdan, Ülkü və Cəmil Ş. cütlüyü isə Aydın şəhərindən İzmirə yola düşür.

Qadının böyrəyini oğurladılar ŞOK HADİSƏ

Mynews.az publika.az-a istinadən bildirir ki, daha əvvəl İstanbul və Antalyada orqan ticarətinə görə bir müddət həbsxanada yatdığı öyrənilən Ülkü və Cəmil Ş. cütlüyü təmizlik işçisinə özəl bir xəstəxanada testlər etdirir. Daha sonra xaricdə yaşayan və orqan nəqli etmək istəyən E.Y.-ni İzmirə dəvət edir.

Eyni zamanda “Habertürk” xəbər verir ki, cinayətkar cütlük İzmirdə təmizlik işçisi ilə xəstə E.Y.-ni tanış edir. Orqan nəqlini problemsiz şəkildə həyata keçirmək üçün isə təmizlik işçisinə E.Y.nin qohumu kimi saxta kimlik çıxarılır. R.Y.-nı da həkimlərə məhz böyrəyini satmaq istəyən şəxsin qohumu kimi təqdim edirlər.

“MƏQSƏDİMİZ KÖMƏK ETMƏK İDİ”

Təmizlik işçisindən alınan böyrək, E.Y.ya nəql olunur. 1 həftə sonra E.Y. xaricə dönür, təmizlik işçisi R.Y. isə vətəni Zonquldağa qayıdır, lakin qabaqcadan anlaşıldığı 30 min lirəni ala bilmir.

İddiaya görə: Ülkü və Cəmil Ş. cütlüyündən razılaşdığı pulu ala bilməyən təmizlik işçisi, vəziyyəti İzmir Qaçaqmalçılıqla Mübarizə Şöbəsinə bildirir. Polis, orqan ticarəti etdiyi bildirilən həmin 2 nəfəri öz nəzarətinə alır. Sorğu zamanı Ülkü və Cəmil Ş. cütlüyü təmizlik işçisi R.Y. İlə böyrək nəqli ediləcək E.Y. arasında vasitəçi olduqlarını, pul qarşılığında deyil, yardım məqsədli vasitəçilik etdiklərini iddia edirlər. “Daha əvvəl həyat yoldaşımla bu cinayətdən həbs olunduq, ancaq azad edilmişik. Orqan nəqli olacaq şəxslərə yardım edirik. Amma bunu pul qarşılığında etmirik. Bu hadisədə, R.Y. və E.Y.-ya vasitəçi olduq. Lakin pul qarşılığında deyil”, – deyə dələduzlar ifadələrində qeyd edir. Cütlüyün xəstəxanada bir sıra sövdələşməsi və xəstədən pul alması kameralara düşdüyündən məhkəmə zalından birbaşa həbs olunurlar.

Xəbər lenti