Rusiya prezidenti Vladimir Putin xarici kəşfiyyat orqanlarında işləyən zaman “Platov” ləqəbindən istifadə etdiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, Putin bu barədə “Sirius” təhsil mərkəzinin yetirmələri ilə söhbət zamanı deyib.
“Bildiyiniz kimi, mən fəaliyyətimə xarici kəşfiyyat orqanlarında başlamışam. Həmin zaman mən “Platov” ləqəbindən istifadə edirdim. Bizim işimizdə bu vacib idi”, – dövlət başçısı qeyd edib.
Rusiya prezidenti bildirib ki, hazırda hansısa bir təxəllüsdən istifadə onun üçün mənasızdır.
“Əlbəttə ki, mən özümə heç bir “nik” seçməzdim, sadəcə öz adımdan istifadə edərdim. Bu hər kəs üçün normaldır, hansısa “nik” arxasında gizlənmək nəyə lazımdır?”, – Putin deyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub