Türkiyənin İzmit şəhərində həftə sonu icazəsiylə gəzintiyə çıxan 5 əsgər döyülüb.
Mynews.az xəbər verir ki, bir gəncin avtobusda əsgərlərlə mübahisəsi düşüb və o, dostlarına zəng edərək köməyə çağırıb.
15-ə yaxın şəxs avtobusun qarşısını kəsərək saxlayıblar və içəri girərək əsgərlərə hücum ediblər. Avtobusdakılar onları ayırmaq istəsələrə də buna nail ola bilməyiblər. Ardıcıl zərbələrə məruz qalan əsgərlərin üz-gözü qan içində qalıb. Ağır xəsarət alan 5 əsgər xəstəxanaya yerləşdirilib.
Avtobusun təhlükəsizlik kamerasını izləyən polislər hücum edənlərin şəxsiyyətini müəyyənləşdirib və onlardan 10 nəfəri tutub. Saxlanılan şəxslər ilkin ifadələrində döydükləri şəxslərin əsgər olduqlarını bilmədiklərini söyləyiblər.
Hazırda faktla bağlı araşdırma aparılır. (qafqazinfo.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub