2012-ci ildə Kanadada yoxa çıxan Anton Pilipa adlı şəxs 5 il sonra 10 min 460 kilometr uzaqda Amazon meşələrində tapılıb.
Yoxsulluqla mübarizə aparan bir fəal olan Anton 2012-ci ildə yaşadığı şəhərdəki kitabxanalardan birinə gedib. Şəxsiyyət vəsiqəsi olmadığı üçün kitabxanaya buraxılmayan Anton, həmin gün yoxa çıxıb. 5 il boyunca axtarışları davam etsə ailəsi artıq onun öldüyünü düşünürdü.
Anton tapıldıqdan sonra məlum olub ki, o, piyada olaraq Kanadadan ABŞ ərazisinə keçib. Daha sonra isə o, Meksika sərhədlərini keçməyi bacarıb. 10 min kilometr piyada gəzən kanadalı nəhayət Amazon meşələrinə gəlib çıxıb.
Mediaya açıqlama verən Antonun qardaşı, xəbəri eşidikləri zaman şoka düşdüklərini və qardaşının öldüyünü düşündüklərini deyib. Qardaşı onun psixi pozuntularının olduğunu və yoxsulluqla mübarizə aparan bir fəal olduğunu deyib.
Anton tapıldıqdan sonra xəstəxanaya aparılıb.
Antonun 5 il boyunca qət etdiyi yolun xəritəsi:


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub