ABŞ Konqresinin nümayəndələr Palatasının əksəriyyəti iyulun 25-də Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bu qərarı həm ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi partiyanın üzvləri, həm də demokratlar fəal şəkildə dəstəkləyiblər.
Sonra sənəd Senatda baxışa çıxarılacaq, daha sonra imza üçün prezidentə təqdim ediləcək.
Senat rəhbərliyi Konqresin yuxarı palatasının qanun layihəsini nə zaman nəzərdən keçirə biləcəyini açıqlamayıb. Ağ evdən bəyan ediblər ki, prezident bu sənədi imzalamaq barədə hələ qərar verməyib. Bundan başqa, sanksiyalar paketini yenidən nəzərdən keçirmək tələbi ilə ABŞ müəssisələrinin nümayəndələri də çıxış etmişdilər. Yeni sanksiyalar Avropada tənqid atəşinə tutulub. Həmçinin məlum olub ki, Avropa İttifaqı Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalara cavab verə bilər. Əsasən də Aİ Amerika şirkətlərinin Avropa banklarında kreditlərə çıxışını məhdudlaşdıra bilər.
Qanun layihəsi sanksiyaların ləğv edilməsinə dair prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını və bu məsələlərdə son sözün konqresə məxsus olmasını nəzərdə tutur.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub