Rejissor Ceyms Kameron özünün “Titanik” filmindəki mümkün səhvlər haqda sənədli film çəkir.
Mynews.az Kulis.az-a istinadən xəbər verir ki, “Titanik: 20 yaş” adlanacaq filmin premyerası bu ilin dekabrında keçiriləcək.
Məşhur gəmi haqda film 1997-ci ildə ekranlara çıxıb. Lakin bu günə qədər o, müzakirə obyektidir.
Rejissor açıqlamasında “Titanik”i çəkərkən hər bir detalın mümkün qədər dəqiq olmasını arzuladığını deyib: “Mən canlı tarix yaradıram. O gəmidə ölən çoxlu sayda insanın ruhuna hörmət olaraq hər şeyi düzgün çəkməliyəm. Bəs mən hər şeyi düz göstərmişəmmi? İndi “National Geographic”lə son araşdırmalarımla, elm və texnika ilə silahlanıb təkrar qiymətləndirmə aparmaq istəyirəm”, - deyə Kameron sənədli filmini şərh edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub