Türkiyənin Bitlis vilayətində PKK-ya qarşı əməliyyatlar zamanı şəhid olan 26 yaşlı hərbçi - çavuş Talat Bildiricinin 7.5 aylıq hamilə həyat yoldaşı Şeyda Bildirici Facebook-dan etdiyi paylaşımla ürəkləri dağlayıb.
22 iyunda şəhid olan Talat Bildirici vətəni Adananın Kozan mahalında gözyaşları içində dəfn edilib. Dəfn mərasimində çətinliklə ayaq üstə duran 1 illik həyat yoldaşı Şeyda Bildiricinin burada dediyi: "Mənə həmişə deyir ki, "Oğlumuz sənə baxacaq", Bizi şəhid olacağına hazırladı. Vətən sağ olsun. Əclaflar bir gün mütləq cəzalarını alacaqlar", sözləri mərasimə qatılanları gözyaşına boğub.
Facebook-dakı HÜZNLÜ STATUSLARI
Dəfnindən təxminən 2 ay sonra uşağını dünyaya gətirəcək Şeyda Bildiricinin Facebook hesabından yoldaşına xitab olaraq yazdığı "məktub" da oxuyanları ağladıb. Altına duyğu yüklü şərhlərin yazıldığı və "Halalım, həyat yoldaşım, sevdiyim" deyə başlayan Bildiricinin paylaşımı belədir:
Sənin telefonundan ÖZÜMƏ MESAJ YAZIRAM
"Oğlumuzun adı Talat Talha olacaq. Sənə bənzəyəcək. Mən ona baxarkən yenə ölüb, diriləcəyəm, sevgilim. Amma bu zamana qədər hər gün sənsiz öləcəyəm. Acı çəkəcəm. "Səni çox sevirəm, halalım" - səndən bu cümləni bir daha əsla eşitməyəcəyəm, amma mən bilirəm sən də çox sevirsən məni. Dünən yenə sənin telefonundan özümə mesaj yazdım.
Yenə sən zəng etdin, deyə inandırdım özümü. Bu ağrıyla necə yaşamaq olar, sənsiz necə yaşayacam? Sən mənə bunları heç öyrətmədin ki, eşq. Gözümü açdın sən. İlk göz ağrım, sənsizliyi heç düşünmədim ki mən. Nə olar bizi eşit, nə olar bizi də apar. Nə olar Rəbbim bizi belə vaxtsız ayıranlarında evlərinə od vursun". ///Milli.Az