Hindistanın Bihar bölgəsinin prokuroru Kanval Tanuj şəhərin mərkəzi meydanında xalqın sağlamlığı üçün ölkədə təmizliyin əhəmiyyətli olması ilə bağlı çıxış edib.
Publika.az xəbər verir ki, çıxışında “Təmiz Hindistan” hərəkatından söz açan Tanuj bunun qadınların ləyaqətinin qoruyucusu olduğunu söyləyib:
"Qadınlarınızın qürurunu qorumaq istəyirsinizsə bunu (təmizlik) edin. Nə qədər kasıb ola bilərsiniz ki?"
Bundan sonra kütlədən bir nəfər Tanuja səslənərək evində tualet tikəcək qədər pulu olmadığını söyləyib. Prokuror buna cavab olaraq, "vəziyyət həqiqətən belədirsə, arvadını sat” deyib.
Onun bu fikirləri sosial şəbəkələrdə sürətlə yayılıb və sərt reaksiya doğurub.
Prokuror bundan sonra açıqlama verərək, fikirlərinin təhrif olunduğunu bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub