Tələbələrin başına gətirilən DƏHŞƏTLİ OYUNLAR qulaqlarını kəsir, sonra isə... - FOTOLAR

727
Tələbələrin başına gətirilən DƏHŞƏTLİ OYUNLAR qulaqlarını kəsir, sonra isə... - FOTOLAR

Orta Əsrlərdə universitetə daxil olmaq olduqca çətin məsələ idi. Abituriyentlər çoxlu sınaqlardan keçməli idilər. Onlardan ən dəhşətlisi - tələbəliyə hazır olma ilə bağlı keçirilən ayinlər idi. Bu adətlər əsəbi zəif olanlar üçün deyildi...

Publika.az Orta əsr universitetləri, onların tələbələri ilə bağlı bir sıra unikal ayinləri oxuculara təqdim edir:

Студенты, обучающиеся в Болонье, 2-я пол. XIV в. | Фото: commons.wikimedia.org.

Orta əsrlərdə Avropada ilk universitetlər yarananda, qəfil problemlər ortaya çıxdı: gənc tələbələr sözəbaxmayan, yeniyetməlik maksimalizmi ilə dolu idilər. Amma müdrik müəllimlər enerjili gənclərin öhdəsindən gəlməyin üsulunu bilirdilər. Tədrisə başlamazdan əvvəl gəncləri bir sıra ağır sınaqlara çəkirdilər ki, onların qüruru müəyyən qədər qırılsın, görməmişlik, özbaşınalıq və digər eqolar aradan qalxsın.

Инструмент, с помощью которого абитуриентам

Orta əsr ənənələrindən biri müasir “dedovşina”nı faktiki olaraq qabaqlayıb. Gənc tələbələri yuxarı kurs tələbələrinə "xidmət etməyə" məcbur edirdilər. Onlara alçaldıcı tapşırıqlar verir, yeməkxanalarda və ictimai hamamlarda pul ödənişlərinə məcbur edirdilər.

Lakin orta əsr təhsil sistemində ən qəribə adət “çökdürülmə” ayini idi. Bu təcrübə Almaniyada və İsveçdə XV əsrin sonlarından XVIII əsrin ortalarınadək davam edib. Yerli universitetlərə təhsil almağa qəbul olarkən, tələbələr bir sıra incə sınaqlardan keçməli idilər.

Студенты в Париже, кон. XIV века. | Фото: commons.wikimedia.org.

O vaxt yalnız kişilər təhsil alırdılar və təcrübəsiz tələbələr universitetə gələrək özlərini dekana təqdim edirdilər. Sayları kifayət qədər olanda dekan mərasimin vaxtını və tarixini elan edirdi. O, həmçinin mərasimi idarə etmək üçün məsul müəllim təyin edirdi.

Ayinlərin rəhbəri tələbələrə müxtəlif əşyalar paylayırdı. Məsul şəxs tələbələrdən tələb edirdi ki, onlar ağızlarını geniş açsınlar və ağızlarına iki böyük qaban dişi salırdılar. Tələbələrə deyilirdi ki, “çıxarın” əmri gəlməyincə dişlərininin arasında saxlasınlar. Başlarına isə buynuzlar və eşşək qulaqları taxırdılar.

Ритуал посвящения в студенты в Уппсальском университете, Швеция. XVII век. | Фото: uu.se.

Məsul şəxsin komandası altında tələbələr xüsusi hazırlanmış auditoriyaya yürüş edirdilər. Bu zaman yönləndirici onları ağacla qovalayırdı, sanki tələbələr öküz və ya eşşək sürüsü idilər. Səbəb bu idi ki, yuxarıda qeyd etdiyimiz kimi, ərköyün abituriyentlər tam alçalmalı idilər. Otaqda gənc tələbələr bir müəllimin başına dövrə vururdular. O isə öz növbəsində onları təhqir edir, heyvani zahirlərini lağa qoyur, sonra isə "qüsurlu və axmaq gənclər" mövzulu nitq söyləyir, nəhayət "təhsilin köməyilə intizamlı və təkmilləşdirilmiş insan" mövzusunda mühazirə oxuyurdu.

Ритуал инициации в студенты. Резьба по дереву, XVI в. | Фото: en.wikipedia.org.

Mərasimi aparan məsul şəxs bəzən tapmacalar şəklində mürəkkəb suallar verirdi. Əgər tələbə düzgün cavab verməzdisə və ya çox ləng cavab verərdisə, o zaman onların başına qumla dolu balaca torbayla vururdular. Zərbələr bəzən o qədər çox olurdu ki, qum dənəcikləri tələbələrin gözlərini tam tuturdu. Tələbələr ağzında qaban dişləri ola-ola təbii ki, danışa bilməzdilər, hətta cavabı bilsəydilər belə. Bunun da öz təhqir porsiyası vardı: yönləndirici onları donuzlarla müqayisə edirdi, çünki qaban dişləri acgözlüyü simvolizə edirdi. Bunu ona görə edirdilər ki, gənclərin yemək və içkilərə qarşı məhəbbəti sönsün və onlar təhsilə yönəlsinlər.

Инструменты депозитора из Лейпцигского университета. | Фото: staff.uni-marburg.de.

Sonra mərasim rəhbəri tələbələrdən əvvəlki vərdişlərindən imtina etməyə hazır olub-olmadıqlarını soruşurdu. Demək olar ki, hamı islah olunaraq razılaşırdı, bu zaman acgözlüyün rəmzi olan qaban dişlərini ağızlarından çıxarırdılar. Sonra məsul şəxs “ağıllanan” tələbənin kobudluğu simvolizə edən buynuzunu qoparır, həmçinin, daxili çirkin təbiətini (müasir dillə eşşəklik) tərənnüm edən eşşək qulaqlarını çıxarırdı. Bitmədi, xeyr! Tərbiyəçi daha sonra taxta ülgüclə qəddarcasına üzlərini qırxır və balta ilə tələbələrin saçlarını kəsirdi. Prosedurların sonunda "yenilərin" başına su tökürdülər, bu onu simvolizə edirdi ki, tələbə təmizləndi və zərərli vərdişlərdən xilas oldu.

Документ, удостоверяющий, что Ernst Ludwig Junck прошел обряд посвящения в студенты в Марбургском университете 16 сентября 1791 года. | Фото: staff.uni-marburg.de.

Mərasim başa çatdıqdan sonra tələbələr “çökdürülmə” ayinini uğurla keçdiyi haqda sertifikat alırdılar. İndi tərtəmiz, günahsız insanlar universitetə qəbul ola bilərdilər. Əksər alman təhsil müəssisələrində bu kağız çox ciddi sənəd sayılırdı. Və abituriyentlər, hansı ki, “çökdürülmə” ayinini uğurla başa vura bilmirdilər, sadəcə olaraq təhsil ocağına götürülmürdülər.

Xəbər lenti