Ermənistanda hərbi qulluqçu yaralanıb.
Mynews.az azvision.az-a istinadən xəbər verir ki, Tavuş vilayəti Berd rayonunun Paravakar kəndinin bələdiyyə sədrinin müavini Sarkis Mnarkaryan bildirib ki, dünən döyüş mövqelərindən birində müqaviləli xidmət edən erməni hərbçi, 41 yaşlı Artur Mayranyan yaralanıb.
O, qeyd edib ki, yaralanan Arturun qol sümükləri qırılıb, belindən ağır zədə alıb. Kənd bələdiyyə müavinin sözlərinə görə, hərbçinin vəziyyəti pisləşib və onu İrəvana köçürüblər. Onun digər hərbçi yoldaşı ilə mübahisə etdiyi deyilir.
Qeyd edəki, son zamanlar erməni hərbi qulluqçular arasında münaqişələr artmağa başlayıb. Xüsusəndə məvaciblərini gec alan və buna etiraz edən hərbi qulluqçular "naməlum şəraitdə" ağır bədən xəsarətləri ilə hospitala göndərilir. Eyni zamanda Azərbaycanla sərhəddə xidmət etmək istəməyən bir çox hərbçilər bu yolla ehtiyata buraxılmalarını təmin edirlər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub