28 yaşlı qısqanc rus qadın ona xəyanət edən əri Dmitrinin yeməyinə siçan zəhəri qataraq onu öldürüb.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, sirli ölümdən sonra polisin istintaq əməliyyatı nəticəsində bankir Dmitrinin qısqanc arvadı tərəfindən zəhərlənərək öldürüldüyü ortaya çıxıb.
2012-ci ildə evində təşkil etdiyi qonaqlıq zamanı Dmitri stolda kartof əzməsi olmadığı barədə yoldaşına xəbərdarlıq edib. Bundan sonra kartofa siçan zəhəri qataraq masaya gətirən qadın həmin vaxt qonaq olan bir nəfərin zəhərlənərək iiflic olmasına səbəb olub. Digər iki qonaq isə hadisədən yüngül zərərlə qurtulub.
Əri Dmitri isə yeməkdən dərhal sonra huşunu itirib və çatdırıldığı xəstəxanada dünyasını dəyişib. İstintaq zamanı Dmitrinin qanında zəhər tapılıb.
Məhkəməyə çıxarılan qadının vəkili müvəkkilinin soyuq müharibə dövründə istifadə edilən zəhəri tapmasının qeyri-mümkün olduğunu deməyinə baxmayaraq, məhkəmə Puzikovanı doqquz il azadlıqdan məhrum edib.
Qeyd edək ki, Soyuq müharibə dövründə SSRİ-nin DTK (Dövlət Təhlükəsizlik Komitəsi) agentləri ölkədən qaçan keçmiş casusları öldürmək üçün bu zəhər növündən istifadə ediblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub