ABŞ alimləri bildirirlər ki, yaxın bir neçə min il ərzində dünyanın iqlim şəraitinə əhəmiyyətli təsir göstərəcək superqitələr əmələ gələcək.
Mynews.az aznews.az-a istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, tektonik layların hərəkəti üzündən qurunun quruluşu bir neçə min il ərzində kökündən dəyişə bilər. Üç yeni nəhəng superqitəyə Amaziya, Yeni Pangeya və Pangeya Proksima adları verilib.
Mütəxəssislərin sözlərinə görə, birincisi özündə Asiyanı və Şimali Amerikanı birləşdirəcək. Paleozoy dövrünün sonunda və Mezozoy dövrünün əvvəlində mövcud olmuş və Yer kürəsinin, demək olar, bütün quru hissəsini birləşdirmiş Superqitə - Pangeya Proksima Avrasiyanın bir hissəsini və Afrikanı birləşdirəcək. Tədqiqatçılar ki, materiklərin birləşməsi prosesi cəmi bir neçə min ili əhatə edə bilər. Odur ki, onun nəticələri barədə artıq indinin özündə düşünmək lazımdır.
Alimlər hesablayıblar ki, materiklərin mərkəzinin və planetin mərkəzinin bucağı oxa nəzərən 87-88 dərəcə təşkil edəcək. Yaxın min ildə bu göstərici artaraq 90 dərəcəyə çatacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub