Türkiyənin məşhur tətil bölgəsi Bodrumda yanbayan yerləşən iki gecə klubuna hücum olub.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ötən gecə yerli vaxtla saat 03.00 radələrində üzərində iki tapança olan bir şəxs Bodrumun Göltürkbükü məhəlləsində yerləşən məşhur “Çilek Beach Club” və “Sess Beach Club” gecə klublarına yaxınlaşıb, atəş açmağa başlayıb.
Gecə klublarında 400-ə qədər insan olub. Nəticədə 18 yaşlı Furkan Say adlı şəxs ölüb, 4 nəfər yaralanıb. Cinayətkar gəldiyi avtomobilə hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub