Hondurasda qəribə hadisə baş verib.
Mynews.az-ın Metbuat.az-a istinadən məlumatına görə, ağzından qəfil köpük gələn 16 yaşlı hamilə xanım gözlərini yumub. Evə çağrılan rahib Neysi Perezin həyatını itirdiyini bildirib və qız gəlinlik geyindirilərək dəfn edilib. Lakin bir gün sonra onun qəbri üstə gedən həyat yoldaşı qəbrdən səslər eşitdiyini deyib. Ardınca məzar açılıb.
Cəsəd yenidən müayinə edilsə də, onda həyat izlərinə rast gəlinməyib və qız yenidən dəfn edilib. Lakin qızın yaxınları iddia edir ki, cəsəd qəbrdən çıxarılarkən isti olub. Bu da qızın diri-diri basdırıldığı anlamına gəlir.
Güman edilir ki, qızın ürəyi döyünmədiyindən rahib və həkimlər onun öldüyünü düşünüb. İddialara görə vaxtında düzgün diaqnoz qoyulsaydı qızı həyata döndürmək mümkün olacaqdı.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub