Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani bildirib ki, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtdıqdan sonra Kiyevin ekstradisiya prosesinə başlayacağına ümid edir.
Mynews.az bu barədə Oxu.AZ-a istinadən xəbər verir.
“Bu, hüquqi və istintaq-prokuror prosesidir. Biz Ukrayna tərəfindən müxtəlif bəyanatlar eşitmişik, lakin yalnız bir həqiqət var – Gürcüstan tərəfi vaxtilə hələ Gürcüstan vətəndaşı olan Mixail Saakaşvilinin təslim edilməsini tələb etmişdi. Belə ki, o, parlament deputatı Valeri Qelaşvilini döyməkdə, 9 milyon larinin (3,7 milyon dollardan artıq) israfçılığında, noyabr hadisələrində (2007-ci ildə dinc mitinqin dağıdılması) və “İmedi” teleşirkətinin alt-üst edilməsində ittiham olunur”, - deyə Tsulukiani bildirib və qeyd edib ki, Gürcüstan hələ 2014-2015-ci illərdə Ukraynadan Saakaşvilini ekstradisiya etməsini tələb edib.
Nazirin sözlərinə əsasən, 2015-ci ildə Ukrayna tərəfi Saakaşvilini təslim etməyə razılıq verməyib.
“Görünür, bu gün onlar öz mövqelərini dəyişiblər, Saakaşvili Ukraynaya qayıdan kimi Kiyev ekstradisiya prosesinə başlaya biləcək”, - Tsulukiani vurğulayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub