Polis idarəsində rəzalət: qadını soyundurub rəqsə vadar etdilər - VİDEO - FOTOLAR

1226
Polis idarəsində rəzalət: qadını soyundurub rəqsə vadar etdilər - VİDEO - FOTOLAR

 

 

Polis idarəsində biləyinə qandal vurulan və pəncərənin dəmir qəfəsinə bağlanan modeli striptiz rəqsinə vadar ediblər. Polis zabitləri baş verənlərin videosunu çəkərək sosial şəbəkədə paylaşıblar.

Mynews.az Milli.Az-a istinadən bildirir ki, olay Kolumbiyanın Kali şəhərində baş verib.

Sərxoş vəziyyətdə şəhər barlarından birində dava salmaqda suçlanan 27 yaşlı model Katarina Martines polis idarəsinə aparılmışdı. Polis zabitləri modelin biləklərinə qandal vurublar və onu qəfəsə bağlayıblar.

Martinesin dediyinə görə, daha sonra onu soyunmağa və erotik rəqs ifa etməyə vadar ediblər.

"Mən bu hərəkətləri edəndə polis zabitləri smartfonlarla çəkiliş aparırdılar. Qonşu kameralardakı kişilərsə fit çalır, qışqırırdılar", - K.Martines söyləyib.

Kolumbiya DİN-nin yaydığı açıqlamaya görə, həmin idarədə çəkiliş aparmış polis zabitləri işdən qovulublar: "Biabırçılığın qarşısını almaq əvəzinə onlar baş verənlərin videosunu çəkiblər.  Katarina Martinesin də bu biabırçılığa onu polis zabitlərinin vadar etməsi barədə iddiaları araşdırılır".

Sabiq fizioterapevt, 4 yaşlı oğul anası Katarina Martines deyib: "Xəstəxanada çalışırdım. Lakin maaşım az olduğundan modelliyə və DJ-yə başladım. Sərxoş olub dava da salmamışdım. Polis idarəsində zabitlər mənə dedilər ki, əgər biləklərimdə qandalın açılmasını, oturmaq üçün kətil almağımı istəyirəmsə, soyunmalı və onların qarşısında rəqs etməliyəm".

Polis isə bəyan edib ki, K.Martiines barda teco oyunundan sonra dava salıb. Teco Kolumbiyada populyar idman növüdür və fransızların sevdikləri petanqa bənzəyir.

 

Xəbər lenti