Səudiyyə Ərəbistanı aviaşirkətləri Həcc ziyarətinə gedən iranlı zəvvarları daşımaqdan imtina edib.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bunu İran Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.
Bu gün zəvvarları yola salan Ə. Abidzadə bildirib ki, iki ölkə arasında əldə olunan razılığa əsasən, iranlı zəvvarların yarısını “İranAir” şirkəti, yarısını isə Səudiyyə Ərəbistanı hava yolları şirkətləri daşımalı idi. Lakin son anda Səudiyyə Ərəbistanı şirkətləri 26 min iranlı zəvvarın daşınmasından imtina edib.
“Biz indi məcburuq ki, zəvvarların daşınmasını özümüz həyata keçirək. Bunun üçün ağır və sıx uçuş proqramına ehtiyac var, lakin söz veririk ki, bütün zəvvarların daşınmasını həyata keçirəcəyik”, - deyə Ə. Abidzadə söyləyib. O qeyd edib ki, bu il ziyarətə gedəcək zəvvarların sayı artıb, lakin ölkənin hava limanlarında həmin zəvvarların qəbulu və yola salınması üçün lazımi infrastruktur dəyişikliyi edilməyib: “Buna görə biz öz zəvvarlarımızı Həcc ziyarətinə göndərmək üçün əlavə çətinliklərlə üz-üzəyik. Uçuşlarda gecikmələr olarsa, xalqımızdan buna görə indidən üzr istəyirəm. Bilsinlər ki, biz uçuşların tam təhlükəsiz və vaxtında yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik. Səudiyyə Ərəbistanı tərəfindən asılı olan məsələlər bizlik deyil”.
Qeyd edək ki, bu il İrandan 86 min zəvvar həccə gedəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub