Səudiyyə Ərəbistanda vəhhabi şeyxi Nasir Əlömər Suriya terrorçu hərbçilərinin öz bacıları ilə nikah cihadını halal edib.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, şeyxin sözlərinə görə, şiələrə qarşı döyüşdə hərbçilərə haram heç bir şey yoxdur. O, bu barədə “Əlvüsal vəhabi” portalına verdiyi eksklusiv müsahibəsində bildirib.
Şeyx hesab edir ki, döyüş zamanı hərbçilər nikah cihadında fəaliyyət göstərən qadın tapmasalar, öz bacıları ilə nikaha girə bilərlər. Nasir Əlömər onu da əlavə edir ki, Suriya, şiələr və şiə dövlətləri zalımdır, eyni zamanda onlar islamla daim müharibədədirlər.
Qalmaqallı açıqlamaları ilə gündəmə gələn şeyxin qənaətinə görə, hərbçilərin xeyrinə olan fətvaları tənqid edənlər nədənsə şiələr tərəfindən öldürülən uşaq və qadınlar haqqında susurlar!
Xatırladaq ki, Əlömər əvvəlki fətvasında şiə qadınlarını qul edib terrorçulara verilməsini də doğru hesab etmişdi. Səudi şeyxinin bu fətvası ilk hay-küylü seksual fətva deyil.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub