Rusiyanın Armavir şəhərində XIX əsrin sonu - XX əsrin əvvəllərinin “Erməni milli azadlıq hərəkatı”nın lideri Qareqin Njdin xatirə lövhəsi ətrafında qalmaqal yaranıb.
Mynews.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.
O, Böyük Vətən müharibəsinə qədər hərbçi və Ermənistanın dövlət xadimi, yeni milli ideologiyanın yaradıcısı olub. Lakin 1941-ci ildə Almaniyanın tərəfini tutub. Ona görə də 1942-ci ildə Berlində yaradılmış “Erməni milli şurasının” tərkibinə daxil olub və həmyerlilərini Sovet İttifaqına qarşı döyüşməyə səsləyib. Faşistlərlə əməkdaşlığına görə, Njd 25 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 1955-ci ildə dustaqxanada ölüb.
57 il sonra isə Armavirdə erməni məbədinin ərazisində bu adama xatirə lövhəsi ucaldılıb. Qeyd edək ki, Armavirə Njdin heç bir aidiyyəti yoxdur, burada, sadəcə, onun həmyerliləri yaşayır.
“Xatirə lövhəsinin nə zaman yerləşdirildiyini araşdırarkən, onun Rusiya erməni İttifaqının Armavir bölməsinin gənclər komitəsinin təşəbbüsü ilə ucaldıldığını öyrəndim. Xatirə lövhəsini quraşdıranları Qareqin Njdnin reabilitasiya edilməməsi də narahat etməyib”, - deyə vəkil İlya Xlopkov bildirib.
Armavir administrasiyasının məlumatına əsasən, meriyanın bu lövhənin quraşdırılmasına heç bir aidiyyəti yoxdur.
Qeyd edək ki, Armavir sakinləri prokurorluğa müraciət edərək, bu məsələnin qanuni yolla həll edilməsinə nail olmağa hazırlaşırlar.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub