Amerikalı senator, respublikaçı Lindsi Qrem bəyan edib ki, prezident Donald Tramp Şimali Koreyanın raket və nüvə proqramının güc yolu ilə həllinə hazırdır.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə siyasətçi NBC telekanalına müsahibəsində bildirib.
Senator Qremin sözlərinə görə, Tramp imkan verməyəcək ki, Pxenyan ABŞ-a çata bilən və nüvə başlığı daşıyan ballistik raketlə silahlansın.
“Əgər Kim Çen Inı dayandırmaq üçün müharibə lazım gələcəksə, deməli, müharibə olacaq. Əgər minlərlə ölən olacaqsa, onlar orada öləcəklər, burada, Amerikada deyil. Tramp bunu mənim düz üzümə dedi”, - senator bildirib.
Şimali Koreya son aylar dalbadal ballistik raket sınaqları keçirir. Sonuncu belə raket sınaqları ötən həftə olub. Pxenyan bəyan edib ki, “Xvason-14” adlı raketin sınağı uğurla keçib və həmin raket ABŞ ərazisinə qədər məsafəni qət edə, böyük nüvə başlığı daşıya bilər.
Prezident Donald Tramp bundan əvvəl Şimali Koreya sahillərinə təyyarədaşıyanlar göndərib. Amerika prezidenti bildirib ki, o, ölkəsini və müttəfiqlərini qorumaq üçün bütün lazım olan addımları atmağa hazırdır. Analitiklərə görə, Şimali Koreyaya qarşı hərbi əməliyyatlar Rusiya ilə əlaqələrə görə güclü təzyiqlər altında olan Trampın işinə çox yaraya bilərdi.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub