Ankarada qandonduran cinayət hadisəsinin təfərrüatları üzə çıxıb. 1 il ailənin yanında yaşayan 43 yaşlı Y.Sami törətdiyi cinayətdən peşman olmadığını deyib.
Cinayətin üstünü öldürülən 36 yaşlı Ö.Süleymanın həyat yoldaşı Ö.Aynur açıb. O, həyat yoldaşının ayaqlarını meşə kənarında tapıb və onu ayqqabılarından tanıyıb. Hadisəni dərhal polisə xəbər verib. Şikayət üzərinə ərazidə axtarış aparan polis əməkdaşları 36 yaşlı Süleymanın qollarını, bir az aralıda isə qutu içərisində kəsilmiş başını tapıblar.
Qadının sözlərinə görə, cinayəti törətdikdən sonra Y.Sami evlərinə gələrək onlara təsəlli verməyə çalışıb.
Y.Saminin qızı 25 yaşlı Y.Elif atasının hərəkərlərindən utandığını bildirib: "Onun qızı olduğum üçün utanıram. O, içki və qadın düşkünüdür. Bir dəfə bacımı tanımadığımız bir kişiyə satmaq istəyirdi. Əvvəllər də xuliqanlı maddələri ilə cəza çəkib. Ədalət naminə ən ağır cəza nədirsə onu tələb edirəm".
Faktla bağlı istintaq açılıb. /publika.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub