Rusiyanın “erotik baykeri”, “Instagram”dakı profilində paylaşdığı fotoşəkillərlə məşhurlaşan Olqa Pronina həlak olub.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, Rusiyanın Vladivostok şəhərinin sakini olan 40 yaşlı O.Pronina sosial şəbəkələrdə Monika adı ilə tanınırdı.
21 illik baykerlik təcrübəsi olan Olqa 16 yaşlı qız anası olmasına rəğmən, “BMW S1000 RR” markalı motosikletini yollarda çox böyük sürətlə idarə etməyi sevirdi.
Olqanın motosikletinin mühərriki 199 at gücündə idi və 300 km/saatlıq maksimal sürətə malik idi.
Bundan başqa, o, əksər vaxtlarda motosikleti şlemsiz, dikdaban ayaqqabıda idarə edirdi.
O, yollardakı tryuklarının videolarını “Instagram”dakı profilində paylaşmağı da sevirdi.
Vladivostok şəhərinin həndəvərindəki yollardan birində yüksək sürətlə növbəti tryuklarından birini icra edərkən o, qəzaya düşüb və həlak olub.
Polisdən verilən məlumata görə, o, motosikletdə olarkən yenə selfi çəkmək istəyib və bu zaman döngədə “BMW”-nin öhdəsindən gələ bilməyib. Motosiklet yol kənarındakı sipərə çırpılıb, O.Pronina hadisə yerindəcə keçinib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub