Avqustun 2-də Abxaziyada silah anbarında baş verən partlayış nəticəsində 2 Rusiya vətəndaşı ölüb.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə baş verərkən 3 rusiyalı həmin ərazidə at gəzintisində olub. Daha sonra iki nəfərin - Yelena Polyakova və Yelena Timofeyevanın meyitləri aşkar edilib. Onların hər ikisi Sankt-Peterburqdandır. Digər rusiyalı - Lyudmila Dmitriyeva isə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə avqustun 2-də yerli, Qudauta rayonunun Primorskoye yaşayış məntəqəsindəki silah anbarında baş verib. Partlayış nəticəsində 60 nəfər, o cümlədən 27 rusiyalı xəsarət alıb. Onların həyatları üçün təhlükə yoxdur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub