Məşhur futbolçu Lionel Messinin toyunda yığılan məbləğ açıqlanıb.
Mynews.az-ın Qaynarinfo.az-a istinadən verdiyi məlumata görə, məşhur futbolçular və milyonçular da daxil olmaqla, 260 nəfərin iştirak etdiyi toydan xeyriyyə fonduna cəmi 9.5 min avro toplanıb.
“Nəzərə alsaq ki, Xerard Pike öz toyundan sonra kazinoda 11 min avro uduzub, bu məbləğ gülməli görünür” – deyə “Marca” yazır.
Messi toplanan vəsaitin həcminin mediaya sızmasından narazı qalıb. İspaniyanın tanınmış teleaparıcısı Aleksandro Fantino isə toyda iştirak edənləri “xəsis varlılar” adlandırıb.
Qeyd edək ki, “Barselona”nın hücumçusu toy mərasimində istifadə olunmayan qidaları da uşaq evinə göndərib. Xatırladaq ki, iyunun 30-da Lionel Messi və Antonella Rokuzzo arasında nikah mərasimi keçirilib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub