ABŞ hökuməti ildə 1 dəfə keçirdiyi “Green Card” pulsuz lotoreya proqramından imtina edə bilər.
Mynews.az millixeber.com-a istinadən xəbər verir ki, Prezident Donald Trampın administrasiyası ölkənin immiqrasiya qanunvericiliyinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb.
Dövlət başçısı sənədi “yarım əsrin ən böyük immiqrasiya islahatı” adlandırıb.
“Green Card” lotereyasının ləğv edilməsini nəzərdə tutan layihə “Məşğulluğu yaxşılaşdırmaq üzrə amerikan immiqrasiya qanunvericiliyində islahatlar” (RAİSE, Reforming American İmmigration for Strong Employment) adlanır. Bu layihəyə görə, yalnız maliyyə imkanları olan şəxslər ABŞ-a gələ biləcəklər.
Qeyd edək ki, hazırda qüvvədə olan “Müxtəlif xalqlardan olan immiqrantlar üçün immiqrasiya proqramı” proqramı (“Diversity Visa”) ABŞ-da 1990-cı ildən fəaliyyətdədir. Bu proqram çərçivəsində hər il “Green Card” lotoreyası keçirilir ki, nəticədə 50 min insan ABŞ-da çalışmaq və yaşamaq icazəsi əldə edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub