Türkiyənin Bodrum mahalında, 25 yaşlı keçmiş həyat yoldaşı Gizem Olgunu çoxlu sayda bıçaq zərbəsiylə öldürən Mert Toprakın mühakimə olunmasına başlanılıb.
Məhkəmədə müdafiə çıxışı üçün söz verilən şübhəli Mert Toprak susma haqqından istifadə etmək istədiyini söyləyib.
Cinayətin şahidlərindən olan və hadisə əsnasında şübhəlini təsirsiz hala gətirən Hakan Bilir cinayətin yaşandığı müəssisənin yanındakı maye yanacaqdoldurma stansiyasının müdiri olduğunu deyib.
Hadisənin səhər erkən saatlarda meydana gəldiyini izah edən Bilir "Hadisəni mənə işçimiz xəbər verdi və yetişməyimizi istədi. Hadisə yerinə gələndə şübhəlinin mərhumun boyun hissəsinə bıçaqla vurduğunu gördüm. Gizemin ölmüş olduğunu söyləməyimə baxmayaraq o, bıçaq zərbələrini vurmağa davam etdi" - deyib.
Təqaüdçü hərbiçi olduğunu dilə gətirən Bilir "Tapançamı çıxartdım və "Bəsdir artıq, əl çək, təslim ol" deyə qışqırdım. Şübhəli bundan sonra yerə uzandı, plastik naqillə əllərini bağladım. Sonra isə polisə təslim etdik" deyib.
Gizem Olgun ilə eyni iş yerində çalışan Ayşe Gebitekin isə prosesdə şahid qismində bunları deyib: "Bu adam iş yoldaşımı tez-tez narahat edirdi, dalaşırdılar".
Gebitekinin həyat yoldaşı Ayhan Gebitekin də yoldaşının ona "Qızı doğrayırlar, tez gəl" deyib, qışqırdığını, bunun ardınca avtomobilindən enərək hadisə yerinə gəldiyini qeyd edib: "Mən içəriyə girəndə bıçağı qızın boynuna çəkdi, hər şey bitmişdi. Qatil şübhəlisi ayağa qalxdı, daha sonra yerə yatırdaraq təsirsiz hala gətirdik".
Mərhumun atası Cenap Olgun da şübhəlinin ən ağır şəkildə cəzalandırılmasını tələb edib:
"Qızımı dəhşətli, 34 bıçaq zərbəsiylə öldürüb. Liseydən bəri tanış olduğu qızıma sonradan öyrəndiyimizə görə, təcavüz edib. Qızım hamilə qaldığı üçün evləndirmək məcburiyyətində qalmışdıq. Bunları qəbul edərək bütün xərclərini mən qarşıladım. Ona mən kömək oldum və evləndirdim, amma sonra problemlər səbəbiylə boşandılar. Qızımı davamlı olaraq təhdid edirdi. Polisə, prokurorluğa müraciət etdik. Sonra da belə bir hadisə baş verdi".
Məhkəmə prosesi sentyabrın 7-nə qədər təxirə salınıb.
Milli.az
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub