Fransa prezidenti Emmanuel Makron braziliyalı futbolçu Neymarın 262 milyon dollar müqabilində PSJ-yə mümkün keçidini alqışlayıb.
Mynews.az-ın AP-yə istinadən verdiyi məlumata görə, bu barədə o, PSJ futbol klubunun prezidenti Nəsir əl-Xelaifi ilə keçirdiyi görüş zamanı deyib.
“Təbriklər, başa düşdüyümə görə, yaxşı xəbərlər var”, - deyə E.Makron deyib.
N.əl-Xelaifi gülümsəyərək cavab verməyib. Heç biri Neymarın adını çəkməsə də, braziliyalı futbolçu Barselonanı tərk edəcəyini elan edəndən sonra Fransa KİV və sosial şəbəkələrdə əsas müzakirə mövzusu olub.
Neymarın yaxın günlərdə Parisə gələcəyi gözlənilir. Fransanın büdcə naziri Jerald Darmanin öz növbəsində Neymarın vergilərini məhz Fransada ödəyəcəyi üçün futbolçunun Fransada oynayacağına sevindiyini deyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub