Albaniyanın baş naziri Edi Rama ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə şəkil çəkdirmək mərasiminə buraxılmayıb. Buna baş nazirin tədbirə ağ idman ayaqqabısında gəlməsi səbəb olub.
Mynews.az-ın məlumatına əsasən, bu barədə Report TASS-a istinadən xəbər verir.
Bu faktı Albaniyanın sabiq prezidenti Sali Berişa da təsdiqləyib. Onun sözlərinə görə, işgüzar kostyum geyinməsinə baxmayaraq, baş nazirin ayağında idman ayaqqabısı olub.
Qeyd edək ki, M.Pens ilə şəkil çəkdirmək üçün Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Sloveniya, Xorvatiya və Serbiyanın baş nazirləri, həmçinin tanınmamış Kosovonun lideri iştirak edib. Şəkildə Albaniyanın baş naziri yoxdur. Eyni zamanda, Adriatik xartiyası ölkələri baş nazirlərinin görüşündən olan fotolar Albaniya baş nazirinin, həqiqətən, məşhur markanın ağ idman ayaqqabısında olduğunu təsdiq edir.
Müşahidəçilər xatırladır ki, bu, E.Ramanın publikanı geyimi ilə təəccübləndirdiyi ilk hal deyil.
Qeyd edək ki, M.Pens Monteneqronun əsas şəhəri olan Podqoritsaya çərşənbə axşamı gecə saatlarında gedib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub