Türkiyənin Manisa şəhərinin Yunusemre mahalında 24 yaşlı orta məktəb müəllimi Ö.A. haqqında qadın həmkarı 45 yaşlı A.S.U.-ya mobil telefonu ilə intim xarakterli mesajı yazdığı iddiası ilə istintaq başladılıb.
9 iyulda baş verdiyi deyilən hadisədə Ö.A.-nın qadın müəllimlərdən dul olan A.S.U.-ya mesajla əxlaqsızlıq təklifi etdiyi iddia edilir.
A.S.U. olayla bağlı bunları deyib:
"O gecə üç dəfə mənə zəng etdi. Telefonu açdığımda mənə səhvən zəng etdiyini dedi. Sonra mesaj yazaraq halımı soruşdu. Mən uşağımı soruşduğunu düşünərək cavab verdim. Amma saata baxanda narahatlıq keçirdim. Mənimlə maraqlandığını və danışmaq istədiyini söylədi.
Etikadan kənar danışıq və mesajlara davam etdiyi üçün mən də sərt cavab verdim. Bundan sonra zəng edib "Səhv edirsiniz" dediyimdə, xoşniyyətli olduğunu, mənim tərs və sərt danışdığımı söylədi. Mövzunu bağlamasını söylədim və mesajlaşmağı dayandırdım. Niyyəti heç də yaxşı deyil. Mənim yalnız olmağımdan faydalanmaq istədiyini düşündüyümçün ondan şikayətçi oldum".
Təxminən 1 ildir ibtidai məktəbdə sinif müəllimliyi edən Ö.A.-nın eyni gecə başqa qadın müəllimlərə də mesaj yazdığını öyrəndiyini söyləyən A.S.U. müəllimlərin təhsil idarəsinə eyni mövzudan şikayət etdiklərini deyib. A.S.U. "Etdiyim araşdırmalarda eyni gecə daha 6 qadın müəllimə mesaj yazdığını öyrəndim. Bu müəllim haqqında lazım olan nədirsə edilsin" bildirib.
İstintaq başladılıb.
Təqsirləndirilən isə iddiaları qəbul etmədiyini "Belə bir təcavüz hadisəsi söz mövzusu deyil. Səhv başa düşüblər. Üzərimə atılan təcavüz iddialarını qəbul etmirəm" sözləri ilə bildirib.







1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub