İşğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Ermənistan ordusunun ən böyük problemlərindən biri əsgərlərin içməli su ilə təminatındakı acınacaqlı vəziyyətdir.
Mynews.az-ın məlumatına əsasən, bu günlərdə Madagizdəki hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrində içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında yoluxucu xəstəliklər yayılıb.
Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arekelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o, ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib.
Hadisə ictimaiyyətdən gizlədilsə də, “DQR” “kənd təsərrüfatı naziri” Aram Mxoyan, “ətraf mühit və təbii ehtiyatlar üzrə idarə rəisinin birinci müavini” Artur Qabrielyan və yerli “hərbi komandanlığın” iştirakı ilə hərbi hissələrin içməli su ilə təminatına dair fövqəladə toplantı keçirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub