Türkiyə Ədliyyə Nazirliyinin qərarına əsasən, ölkədə məhkəmələri davam edən Fəthulla Gülən təşkilatının ( FETÖ) üzvləri bundan sonra məhkəmə qarşısına eyni libasda çıxacaqlar.
Mynews.az-ın məlumatına əsasən, bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, libasın forması hələ təsdiq edilməsə də, rənginin açıq-qəhvəyi olacağı ehtimal edilir.
Keçən ilin sonunda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da oxşar açıqlama ilə çıxış etmişdi.
Qeyd edək ki, 2016-cı il iyunun 15-dən 16-na keçən gecə Türkiyədə Fəthulla Gülənə (hazırda ABŞ-da yaşayan) bağlı bir qrup hərbçi dövlət çevrilişinə cəhd ediblər. Dövlət çevrilişi baş tutmasa da, həmin hadisələrdə 255 nəfər həlak olub, iki minə yaxın adam yaralanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub