ABŞ prezidenti Donald Trampın tvitləri olan tualet kağızları “Amazon” onlayn fərdi satış şirkətində satışa çıxarılıb.
Mynews.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Washington Examiner” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, kağızlar arasında Trampın prezident seçilməsindən əvvəlki fikirlərinin yer aldığı tvitlər də var. Bir tualet kağızı bağlamasının ekspress çatdırılma ilə birlikdə qiyməti 11,99 dollardır.
Qəzetin məlumatına görə, cümə gününün birinci yarısında “Amazon” kağzıların satışından uzaqlaşmaq qərarına gələrək onu üçüncü şəxs vasitəsilə almağı təklif edib.
Qeyd olunur ki, Donald Tramp dəfələrlə “Amazon” internet şirkətinin sahibi Cef Bezosu, həmçinin onun sahibi olduğu “The Washington Post” qəzetini tənqqid edib. ABŞ prezidenti nəşri yalan xəbərlər hazırlamaqda ittiham edib və bildirib ki, Ceff Bezos qəzetdən fərdi satışı yüksək vergilərdən müdafiə etmək üçün istifadə edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub