İranın idman mətbuat orqanlarından olan "Qladiator sorx" qəzeti azərbaycanlıları hədəfə alaraq birinci səhifəsində təhqiramiz cümlələr dərc edib.
Mynews.az axar.az-a istinadən xəbər verir ki, "Qladiator sorx" internet qəzeti Azərbaycanın "Traktor" və Tehranın "Perspolis" komandalarının görüşündən sonra türkləri təhqir edərək birinci səhifəsində "Pantürklərin canına od saldıq, türk kababı" cümləsini yazıb.
Qəzet, həmçinin "Traktor" - "Perspolis" oyunundan öncə yaydığı bir məlumatda "Səudiyyənin Əl-əhlisindən öncə zibh edin, Əl-vəhşi Təbriz" ifadəsini birinci səhifədə dərc edib.
Qəzet təhqiramiz cümlələri İnstaqram səhifəsində yaydıqdan sonra ona qarşı etirazlar başlayıb, azərbaycanlılar sosial şəbəkələrdə "Qladiator sorx" qəzetindən üzr istəməsini və onun lisenziyasının ləğv olunmasını tələb edirlər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub