"Arvadın indi evdə sənə xəyanət edir" Gecə növbəsində çalışan kişiyə müəmmalı zəng

1125
"Arvadın indi evdə sənə xəyanət edir" Gecə növbəsində çalışan kişiyə müəmmalı zəng

Türkiyənin Ege bölgəsində yerləşən Aydının Nazilli Mahalındakı fabrikdə gecə növbəsində çalışan N.U.-ya qəfil zəng gəlib. Zəng edən adamın xəbərdarlığıyla evinə gedincə yatağında həyat yoldaşını bir başqa kişilə tutub.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, vaxtında hadisə yerinə gələn polis xəyanət cinayətinin qarşısını alıb.

"Arvadın sənə bu an evinizdə xəyanət edir" xəbərdarlığından sonra dəliyə dönən N.U. bir neçə dostunu da özü ilə götürərək saat 23.30 radələrində evinə gəlib. N.U.-nun təxminən 20 dəqiqə qapının zənginə basmasına baxmayaraq qapı açılmayıb.

Yoldaşlarıyla birlikdə yaşadığı mənzilin ətrafını nəzarətə götürən N.U. bu an qaçmağa çalışan evli 2 uşaq atası Serkan D.-ni tutublar. Serkan D.-ni vurmağa başlayan N.U. hadisə yerinə gələn polisin müdaxiləsiylə təsirsiz hala gətirilib. Bu vaxt evə girən polis bir uşaq anası olan 26 yaşlı Ş.B.U.-nu avtomobilə mindirərək onu ərinin hücumundan qoruyublar.

 

Aldığı yumruq zərbələrindən qan içində qalan Serkan D. bölməyə aparıldıqdan sonra müalicəsi üçün xəstəxanaya çatdırılıb. Burada edilən müayinədə Serkan D. -nin həyati təhlükəsinin olmadığı ifadə edilib.

Xəstəxanadakı müalicəsinin ardından polis bölməsinə aparılan Serkan D. ilə Ş.B.U.-nun "Biz iş danışırdıq" dediyi məlum olub. Ş.B.U. və Serkan D.-nin Nazilli Bələdiyyəsində təhlükəsizlik işçisi olaraq çalışdıqları bildirilir.

Xəbər lenti