2007-ci ildə Bodrumda keçirdiyi yol qəzasında vəfat edən Türkiyənin tanınmış rok ifaçısı Barış Akarsunun anasının yaşadığı evə oğrular hücum edib.
Mynews.az xəbər verir ki, oxu.az Türkiyə KİV-nə istinadla xəbər veirr ki, B.Akarsunun otağında olan papaq, gitara, aksessuar, mükafatları və digər əşyaları oğurlanıb.
28 yaşlı övladını itirən dərdli ana oğlunun əşyalarının oğurlanması ilə ikinci dəfə şok yaşayıb.
Hadisəni törədənlərin kimliyi hələlik məlum deyil. Oğurluq hadisəsinə görə istintaq başladılıb.
Qeyd edək ki, Barış Akarsu 2004-cü ildə Türkiyənin ATV kanalında yayımlanan “Akademi Türkiye” yarışmasının qalibi olub. Bundan sonra İstanbulda musiqi fəaliyyətinə davam edən ifaçı 200-dən çox konsert verib.
2005-ci ilin yanvarında ilk albomu “Islak, ıslak” satışa buraxılıb. 2006-cı ilin avqustunda ikinci albomu - “Düşmeden bulutlarda koşmam gerek” işıq üzü görüb. 2006-cı ildən Türkiyənin “Star” telekanalında nümayiş olunan “Yalancı yarim” serialında baş rolda oynayıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub