Türkiyənin Tekirdağ vilayətində idarə etdiyi avtomobilin şərab dolu yük maşını ilə toqquşması nəticəsində həyatını itirən 22 yaşlı Emrah Karaca 2 il əvvəl sosial şəbəkə hesabından etdiyi paylaşım ilə necə öləcəyini təxmin edibmiş.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, qəzada ağır yaralanan Karacaya ilk müdaxiləni hadisə yerinə gələn təcili yardım briqadası edib. Təcili yardımla Şarköy Dövlət Xəstəxanasına çatdırılan Emrah Karaca xəstəxanada həyatını itirib. Qəza zamanı yük maşını sürücüsü Fehim Demirok isə yüngül yaralanıb.
Qəzada ölən gənc Karacanın Facebook hesabından 2 il əvvəl yol qəzası ilə bağlı etdiyi paylaşım diqqət çəkib. Karacanın "Bəlkə qəza keçirərək, bəlkə yuxuda bir gün öləcəyəm. O gündən sonra kədərlənməyinə səbəb olacaq tək şey: bir daha mənim kimi səni heç kim düşünməyəcək" yazdığı diqqət çəkib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub