İstanbulun Qaziosmanpaşa adlanan bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, əslən suriyalı olan 3 uşaq anası 23 yaşlı S.Leyla yoldaşı işə getdikdən sonra 72 yaşlı qayınanası ilə evdə tək qalıb. Aralarında yaranan mübahisə zəminində qayınana gəlinə şillə vurub. Bundan qəzəblənən S.Leyla qadını əvvəlcə boğub, daha sonra cəsədini xalçaya büküb yaxınlıqdakı zibil qutusuna qədər sürüyüb.
Qadın qonşularını da cinayətə ortaq edib. İçərisində cəsəd olduğundan xəbərsiz olan qonşular cəsədi zibil qutusuna aparmaqda Leylaya kömək ediblər.
Son anda həbs olunacağını düşünən qadın fikrini dəyişib və qonşuların köməyi ilə cəsədi yenidən evə qaytarıb. Hadisədən şübhələnən qonşular polisə xəbər verib.
Polis ətrafdakı təhlükəsizlik kameralarını incələdikdən sonra qadını saxlayıb. Törədtiyi cinayəti etiraf edən qadın həbs olunub.
Faktla bağlı cinayət işi açılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub