Milli.Az Haberler-ə istinadən xəbər verir ki, bunu İstanbulun Üsküdarda qəsəbəsində dünən ataları Aslan Güleryüz tərəfindən öldürülən Əhməd (24) və Onur Güleryüzün (20) 22 yaşlı qardaşı Orçun Güleryüz deyib.
Orçun Güleryüz qardaşlarının dəfn mərasimi əvvəli yaşadıqlarını danışıb.
Hadisədən yaralı olaraq xilas olan Orçun Güleryüz yaşadığı dəhşəti belə izah edib: "Gecə sakitçilik idi. Səhər saatlarıydı, yatırdıq. Onur qardaşımla, atam eyni otaqda qalırdı. Əhməd mən isə eyni otaqda yatırdıq. İlk öncə, Əhməd böyük qardaşımı bıçaqlayıb, mismar çıxaranla başına vurub. Onu öldürərkən mən heç nə eşitmədim. Sonra mənə doğru gəlib yatarkən başıma mismar çıxaranla vurdu. Təpik atıb, itələyib qaçdım.
Böyük qardaşım gəldi. "Ata nə edirsən?" dedi. Bu səfər onu vurdu, böyük qardaşım yerə yıxıldı. Böyük qardaşımın köməyinə qaçdım. Amma yorğanı qaldırdığımda dəlik-deşik olmuşdu. İkisini öldürdükdən sonra mənim arxamca qaçdı, mən də evdən qaçdım. Qonşulardan kömək istədim".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub