Türkiyənin Manisa şəhərində şagirdini 5 il ərzində zorlamaqda mühakimə olunan 43 yaşlı Türk Dili və Ədəbiyyatı müəllimi C.G.-ya hökm oxunub.
İstanbulda bir universitetdə hüquq fakültəsində oxuyarkən hələ 20 yaşı olan D.Ç. 2016-cı ilin 28 aprel tarixində İzmirdə hərəkətdə olan bir avtomobildən atlayaraq polis bölməsinə qaçmışdı. Müəllimi C.G.-nin onu döydüyünü demişdi.
Beş gün sonra bu dəfə Manisa Respublika Prokurorluğuna gedən D.Ç. müəllimi C.G.-nin onu 2011-ci ildən bu yana zorladığını deyib, yenidən şikayətçi olub.
Müəllim tələbəsinin başına gələnləri ailəsinə deyəcəyi ilə onu təhdid edib, məzun olduqdan sonra da zorla İstanbuldan Manisaya gətirib, cinsi istismara davam etdiyini ərizəsində qeyd edib. Evli və qüsurlu bir uşaq atası olan müəllim haqqında Manisa 1-ci Ağır Ceza Məhkəməsində iddia açılıb. Manisa İl Milli Təhsil Müdirliyi də inzibati istintaq başladıb. Müəllim 2016-cı ilin 13 may tarixində vəzifəsindən uzaqlaşdırıb, 2017-ci ilin 21 fevraında isə ilk məhkəmə prosesindəcə həbs olunub.
Bu gün yenidən hakim qarşısına çıxan C.G. günahsız olduğunu deyərək bəraətini istəyib. Məhkəmə heyəti C.G.-nin 15 il, 7 ay azadlıqdan məhrum edilməsi haqda hökm oxuyub. ///Milli.Az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub