Övladın böyüməsini, məktəbə getməsini, ailə quraraq xoşbəxt olmasını görmək hər bir valideynin arzusudur. Xüsusilə övlad toyunu görmək ata-ana üçün ən böyük istəklərdən biridir.
İnterAz-ın məlumatına görə, ABŞ-nın Kaliforniya sakini Cim Zetza, xərçəng xəstəliyindən əziyyət çəkib. O da bir ata kimi öz qızının toyunu görmək arzusunda olub. Lakin qızının hələ azyaşlı olması Cimin bu arzusunun tez bir zamanda reallaşdırmasına mane olub. Həkimlər Cim Zetzaya xəstəlik səbəbindən yaxın zamanda öləcəyini deyiblər. Buna görə də, Cim Zetza qızı üçün rəmzi olaraq toy mərasimi təşkil edib. Rəmzi toy mərasimində ata və qızı, həmçinin yaxınları göz yaşlarına hakim ola bilməyiblər.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub