ABŞ-ın kütləvi istehlak mallarının sertifikatlaşdırılması ilə məşğul olan dövlət qurumu spinnerlərin zərərləri barədə rəsmi bəyanat yayıb.
Qurumun saytında yerləşdirilən bəyanatda satıcılara və alıcılara xəbərdarlıq edilir. Bildirilir ki, plastik və metal spinnerlər bəzən parçalanıb dağılır və kiçik uşaqların bu hissələri udması təhlükəsi var. Komissiya spinnerləri ağıza almamağı da tövsiyə edib.
Batareyalı spinnerlər isə şarj zamanı partlaya bilər, ona görə də komissiya yalnız cihazla birlikdə satılan orijinal naqillərdən istifadə etməyi məsləhət görür.
Qeyd edək ki, son vaxtlar spinnerlər bütün dünyada, xüsusən uşaqlar arasında xeyli populyarlaşıb.
Oxu.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub