“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin orqanizmindən istifadəsi qadağan olunmuş preparatı aşkarlanıb.
BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov sosial şəbəkə hesabında yazıb. Lakin o, məsələnin təfərrüatları barədə açıqlama verməyib. Əvəzində T.Heydərov baş verənlərlə əlaqədar tutduğu vəzifələrdən istefa verdiyini bildirib:
“İslamiadada Anastasiya İbrahimli və Hafiz Süleymanovun kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan başda olmaqla, bütün rəhbərlərə söz vermişdim. Onlara demişdim ki, bir daha komandamızda dopinq problemi olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub