Moskvada qolf üzrə Rusiya çempionu, idman ustası Artyom Nesterov məhkəmənin qərarı ilə istintaqın aparıldığı müddətə iki aylıq həbs edilib.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən cümə günü, avqustun 11-də Moskva yaxınlığındakı Ryazanskoye yaşayış məntəqəsində qarın nahiyəsində bıçaq yaraları olan və başı bədənindən ayrılmış qadın meyiti aşkarlanıb. Müəyyən edilib ki, başsız meyit 66 yaşlı qadına məxsusdur.
Qəddar qətlin həyata keçirilməsində şübhəli bilinərək mərhum qadının oğlu - qolf üzrə Rusiya çempionu Artyom Nesterov ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
A.Nesterov qətli özünün törətdiyini etiraf edib. Bildirilir ki. anasını öldürdükdən sonra idmançı öz həyat yoldaşına zəng vuraraq törətdiyi hadisə barədə məlumat verib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub